



Şərifzadə 196Şərifzadə 196
BakuHaqqında 1976-1986-cı illərdə Lerik rayonu Blaband kənd orta məktəbində təhsil alıb. 1989-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Ι Müalicə-profilaktika fakultəsinə daxil olmuş və 1995-ci ildə həmin fakultəni “Müalicə işi” ixtisası üzrə yüksək müvəffəqiyyətlə bitirib, həkim ixtisasına yiyələnib. 1995-1996-cı illər ərzində A.T.Abbasov adına şəhər onkoloji dispanserində “cərrah” ixtisası üzrə internatura kursunu bitirib. 2000-ci ildə müsabiqə yolu ilə akademik M.A.Topçubaşov adına ETKTİ-nun “Cərrahiyə” ixtisası üzrə aspiranturasına daxil olub. Endokrin vəzilərin cərrahi xəstəliklərinə dair, xüsusən böyrəküstü vəzilər üzərində elmi tədqiqat işləri aparıb. 2004-cü ildə “Böyrəküstü vəzi mənşəli arterial hipertenziyaların kompleks diaqnostikasının və cərrahi müalicəsinin uzaq nəticələrinin yaxşılaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1996-2000-ci illərdə Sabunçu rayonu,12№-li şəhər poliklinikasında cərrah-onkoloq vəzifəsində işləyib. 2003-cü ildən 2010-cu ilə qədər həmin institutun endokrin cərrahlığı şöbəsində elmi işçi vəzifəsində çalışıb. 2011-ci ildə müsabiqə yolu ilə endokrin cərrahlığı şöbəsinin müdiri vəzifəsinə seçilib.
Прежде чем оставить отзыв о специалисте, ознакомьтесь снашим процессом модерации.
Если вы знаете этого специалиста или были у него на приёме, оставьте свой отзыв и пожелания.
Оставить отзывУ этого специалиста пока нет статей.
просмотров профиля
Просмотры за 30 дней