



Mirqasımov küç., 1004-cü məhəllə., Bakı, AzərbaycanMirqasımov küç., 1004-cü məhəllə., Bakı, Azərbaycan
BakuHaqqında Surxay Hadıyev 1947-ci ildə Göyçayda doğulub. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildən də ATU-nun II Cərrahi xəstəliklər kafedrasında çalışır (baş laborant, assistent, dosent, professor). 1990-cı ildən həmin kafedranın professorudur. 1995-1996-cı illərdə ATU-nun II Müalicə profilaktika fakültəsinin dekanı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli sərəncamı ilə "Əməkdar Elm Xadimi", 17 iyun 2000-ci il tarixli sərəncamı ilə "Respublikanın Əməkdar Həkimi" fəxri adlarına layiq görülüb. Bir müddət "Baku City Hospital"ın direktoru vəzifəsində çalışıb. ATU-nun nəzdində Dissertasiya Şurasının Aprobasiya Seminarının Sədridir. 200-ə qədər elmi məqalənin, cərrahiyyə üzrə 30-a qədər ixtira və səmərələşdirici təklifin müəllifidir. 6 namizədlik dissertasiyasına rəhbərlik edib. Professor Surxay Hadıyev mədə-bağırsaq, qaraciyər və öd yolları, mədəalıtı vəzi cərrahi əməliyyatları üzrə dünya miqyaslı mütəxəssisdir. 2016-cı il sentyabrın 1-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikası direktorudur.
Mütəxəssislər ilə bağlı rəylərinizi bildirməzdən əvvəlmoderasiya prosesimizhaqqında daha çox öyrənin.
Bu mütəxəssisi tanıyırsınızsa və ya ziyarət etmisinizsə rəy və təklifinizi yaza bilərsiniz.
Görüş EkleBu mütəxəssisə aid hələ məqalə məzmunu yoxdur.
profil baxışı
Son 30 günlük baxış