2006-cı ildə İstanbul Marmara Universiteti Tibb Fakültəsinin ingilis dilli proqramına qəbul olmuş, Prezident təqaüdçüsü kimi təhsil almış və 2013-cü ildə fakültəni “Top 10” sıralamasında 8-ci yerdə tamamlamışdır. Təhsil müddətində Pendik Eğitim ve Araştırma Hastanesində urologiya üzrə 4 aylıq internship proqramında iştirak etmişdir.
2013–2014-cü illərdə ABŞ-ın Baltimor şəhərində yerləşən University of Maryland Medical Center-də urologiya və andrologiya üzrə internship fəaliyyəti göstərmişdir.
2014-cü ildən etibarən peşəkar fəaliyyətini Almaniyada davam etdirmişdir. Türkiyədə aldığı tibb diplomu Almaniya səhiyyə orqanları tərəfindən tanınmış və həkimlik fəaliyyəti üçün rəsmi Approbation əldə etmişdir. Heidekreis Krankenhaus, Klinikum Osnabrück və Saint Franziskus Hospital Lohne-Vechta xəstəxanalarında urologiya və andrologiya üzrə çalışaraq geniş klinik və cərrahi təcrübə toplamışdır.
2023-cü ilin dekabr ayında ixtisas imtahanını uğurla tamamlayaraq Almaniyada Urologiya və Andrologiya üzrə uzman həkim adını qazanmışdır. Daha sonra Saint Franziskus Hospital Lohne-Vechta-da təcrübəli uzman həkim, şöbə müdiri və bölüm başqanı yardımcısı vəzifələrində fəaliyyət göstərmişdir.
2024-cü ildə andrologiya üzrə üst ixtisaslaşma imtahanlarını uğurla tamamlayaraq Almaniyada yüksək ixtisaslaşmış androloq cərrah statusu əldə etmişdir.
Peşəkar fəaliyyəti ərzində Da Vinci robotik cərrahiyyə, laparoskopik və uroendoskopik əməliyyatlar, açıq uroloji cərrahiyyə və androloji cərrahiyyə sahələrində geniş təcrübə qazanmışdır. Prof. Dr. Helmuth van Ahlen rəhbərliyi altında androloji cərrahiyyə üzrə çalışmış, həmçinin Prof. Dr. Steven K. Wilson, Prof. Dr. Gabriele Antonini və Prof. Dr. Porst kimi beynəlxalq mütəxəssislərlə birgə əməliyyatlarda iştirak etmişdir.
Dr. Elgün Hacıyev urologiya, andrologiya və kişi cinsi sağlamlığı sahəsində fəaliyyət göstərməklə yanaşı, POIS, PSSD, PFS, PRSD, HFS və RGS kimi nadir kişi cinsi sağlamlıq pozuntularının diaqnostika və müalicəsi üzrə də ixtisaslaşmışdır.