

Dr. Vaqif Qələndər
Burunda estetik əməliyyatlar, Qaş və göz qapağı əməliyyatları, Üz və dodaq əməliyyatlarıdevamı


Burunda estetik əməliyyatlar, Qaş və göz qapağı əməliyyatları, Üz və dodaq əməliyyatlarıdevamı
Haqqında 1995-ci ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Təhsil və Səhiyyə nazirliklərinin xətti və təqaüdü ilə İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində uzmanlıq təhsili alıb. 2003-cü ildə Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi qazanıb. 2001-2007-ci illərdə Bakıda Mərkəzi Kliniki Xəstəxanada və Respublika Kliniki Xəstəxanasında plastik və rekonstruktiv cərrah işləyib. 2007-cı ildən “Qələndər Plastik və Rekonstrutiv cərrahiyyə” klinikasının rəhbəri işləyir. 2001-ci ildən Azərbaycan Tibb Universitetinin 1-ci Cərrahi xəstəliklər, Ağız və Üz-cənə cərrahiyyəsi kafedralarının müəllimi olaraq çalışır. Hazırda Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentlərinin hazırlanmasının kuratoru, professorudur. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədri, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının sədr müavinidir. “Qələndər Plastik və Rekonstrutiv cərrahiyyə” klinikası və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışır.
Mütəxəssislər ilə bağlı rəylərinizi bildirməzdən əvvəlmoderasiya prosesimizhaqqında daha çox öyrənin.
Bu mütəxəssisi tanıyırsınızsa və ya ziyarət etmisinizsə rəy və təklifinizi yaza bilərsiniz.
Görüş EkleBu mütəxəssisə aid hələ məqalə məzmunu yoxdur.
profil baxışı
Son 30 günlük baxış