62 yaşım var və əvvəlcə bunu demək istəyirəm ki Fuad bəy pozitiv, enerjisi gözəl bir insandır. Qabiliyyətli çox bacarıqlı bir həkimdir. Dünyalar qədər razıyam. Bağırsaq problemim var idi kolonoskopi etdik müalicə apardıq. Çox diqqətcil bir həkimdi. Çox təşəkkür edirəm və hamıya tövsiyə edirəm.
65 yaşım var və mədə bağırsağımdan çox narahatçılıq çəkirdim. Oğlum məni çox həkimə götürdü ancaq heç biri mənim xəstəliyimə cavab tapa bilmədi. Fuad bəylə tanış olandan sonra
müalicə və diyeta yazdı çölyak xəstəliyim olduğunu öğrəndim. Çox yaxşı gəldi mənə yazdığı müalicə. Fuad bəy'i hamıya tövsiyə edirəm çox yaxşı insan və həkimdir.
Müalicə üçün görüşəndə narahatlığım barədə ətraflı məlumat verdi və yol planını müəyyənləşdirdi. Həkim bəyin təsəlliverici yanaşması və səmimiliyi, müsahibə zamanı təcrübəsi və biliyi çox xüsusi idi. Çox sağ olsun təşəkkür edirəm.
Fuad bəy çox uğurlu və çox qayğıkeş həkimdir. Qaraciyərin müalicəsi üçün yanına getdim. Hər anı izləməklə mənə çox kömək etdi. Hər şey üçün təşəkkür edirəm.
Yoldaşımı Fuad bəy müalicə etdi. Çox qorxdum, amma verdiyi dərmanlar sayəsində xəstəliyini həll etdi. Xəstələrinə diqqətlə yanaşan mərhəmətli bir həkimdir. O, öz peşəsində ölkəmizin ön sıralarında ola biləcək biridir. Yoldaşımın xəstəliyi zamanı bizi həmişə məlumatlandırdı, maarifləndirdi. Müalicə bitəndən sonra zəng edib halımızı soruşdu. Fuad bəy ölkəmiz üçün çox dəyərli bir insandır. Biz çox razı qaldıq. Təşəkkür edirik.