



Haqqında Elnur Rüstəmov Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə İnstitutunda aspiranturanı bitirib. Hazırda da həmin institutun Sosial psixologiya şöbəsində kiçik elmi işçi kimi çalışır. 2003-2006 cı illərdə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında psixologiya fənnini tədris edib. 2008-2009-cu illərdə Azərbaycan Dövlət Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Həmin illərdə Regional Psixologiya Mərkəzinin rəhbəri kimi çalışıb. 2013-2014-cü illərdə Xəzər Universitetində "İnsan inkişafı" və "Psixoloji konsultasiya" fənnlərini tədris edib. "Narınc" Uşaq Psixologiya Mərkəzi yarandığı gündən orda psixoloq olaraq işləyir. 2010-cu ildən 2018-ci ilə qədər Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri olub. 2018-ci ildən Psixologiya Elmi Tədqiqat İnstitunun sədridir. Çoxsaylı beynəlxalq konfrans və seminarların iştirakçısıdır. Rusiya Professional Psixoterapevtik Liqanın üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəridir. 1 elmi monoqrafiya, 1 dərs vəsaiti, 1 bədii əsər, 10 elmi məqalənin müəllifidir. “X lady”, “Karl Yaspers fəlsəfəsində ünsiyyət problem” elmi monoqrafiyasının, “Psixoloji məsləhətə giriş” (Nərmin Quliyeva ilə birgə) dərs vəsaitinin müəllifidir.
Mütəxəssislər ilə bağlı rəylərinizi bildirməzdən əvvəlmoderasiya prosesimizhaqqında daha çox öyrənin.
Bu mütəxəssisi tanıyırsınızsa və ya ziyarət etmisinizsə rəy və təklifinizi yaza bilərsiniz.
Görüş EkleBu mütəxəssisə aid hələ məqalə məzmunu yoxdur.
profil baxışı
Son 30 günlük baxış