Doktorsitesi.az
Caspian International Hospital

Adres

Caspian International HospitalXəritədə Gör

1-ci yaşayış massivi, 31, Baku 1021, Azerbaycan

Baku
Caspian International Hospital 2013-cü ildən Bakı şəhərinin Badamdar qəsəbəsində fəaliyyət göstərən özəl tibb müəssisəsidir. Xəstəxana müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunaraq tibbin müxtəlif istiqamətləri üzrə diaqnostika, müalicə və cərrahi xidmətlər təqdim edir. Müəssisə Azərbaycanın müxtəlif bölgələrindən müraciət edən pasiyentlərlə yanaşı, ölkədə yaşayan xarici vətəndaşlara da xidmət göstərir. Ümumi sahəsi 12.000 kvadratmetr olan xəstəxanada 89 çarpayılı stasionar bölmə, 8 əməliyyatxana, 4 doğuş zalı, 14 terapevtik və cərrahi reanimasiya çarpayısı, həmçinin 59 neonatoloji intensiv terapiya çarpayısı mövcuddur. Xəstəxananın tərkibində cərrahiyyə, qadın xəstəlikləri və doğuş, laboratoriya, radiologiya, neonatologiya, travmatologiya və ortopediya, oftalmologiya, qulaq-burun-boğaz və digər tibbi şöbələr fəaliyyət göstərir. Caspian International Hospital fəaliyyətində beynəlxalq tibbi standartlara, elmi yanaşmaya və müasir müalicə üsullarına üstünlük verir. Xəstə və pasiyent hüquqlarına hörmət, etibarlı və keyfiyyətli səhiyyə xidməti, peşəkar tibbi personal, innovativ yanaşma və davamlı inkişaf xəstəxananın əsas fəaliyyət prinsiplərini təşkil edir.

Maraq Sahələri

10/441 maraq sahəsi

  • Genital Estetika

  • Hamiləlik Təqibi

  • Ektopik Hamiləlik

  • Sonsuzluğun diaqnozu

  • İrsi xəstəliklər

  • Qohum evlilikləri

  • Qan uyğunsuzluğu

  • Talassemiya

  • Doun sindromu

  • Fenilketonuriya

Təqvim məlumatları yüklənir...