



M. Rəfili və R. Behbudov küç-nin kəsişdiyi 389 saylı məhəllə, Nəsimi r-nuM. Rəfili və R. Behbudov küç-nin kəsişdiyi 389 saylı məhəllə, Nəsimi r-nu
BakuHaqqında 2001-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuşam. 2007-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Milli Onkologiya Mərkəzində internatura, sonra isə ordinatura kursuna gəbul olunmuşam. 2014-cü ildə aspiranturani bitirib "Endometriya xərçənginin I mərhələsinin kombinə olunmuş müalicəsində endoskopik müalicənin tətbiqi" mövzusu üzrə müdafiə edib, Tibb üzrə fəlsəfə doktoru elmi adina layiq görülmüşəm. 2012 -2013-cü illərdə Avstriyanın Vyana şəhərində Tibb Universiteti nəzdində ginekologiyua kafedrasında laparoskopik cərrahiyyə, plastik cərrahiyyə, onkoginekologiya üzrə kurs keçmişəm. 2013-cü ildə Türkiyiə Cümhuriyyətinin Ankara şəhərində Başkənt Universitetində "Qadın xəstəlikləri" və "Onkoginekologiya" üzrə kurs keçmişəm. ABŞ Diaqnostik Sonoqrafiya Cəmiyyətinin təsis etdiyi təlimlərdə iştirak etmişəm. 2007-2019-cu illərdə Milli onkologiya Mərkəzində onkoginekologiya şöbəsində həkim-interna, ordinator və onkoginekoloq-cərrah vəzifəsində çalışmışam. Paralel olaraq Gəncə şəhəri Mərkəzi Klinikasında və Bakı şəhərində Mərkəzi Klinikada müqavilə üzrə həkim-onkoginekokoq cərrah kimi çalışmışam. 15 məqalə və 4 tezisin müəllifiyəm. Bir neçə xarici və ölkədaxili konqreslərdə çıxışlarım olub. 2019-cu ilən Baku Medical Plazada Qadın xəstəlikləri (Ginekologiya) və Doğum şöbəsində Cərrah mama-ginekoloq kimi çalışıram.
Mütəxəssislər ilə bağlı rəylərinizi bildirməzdən əvvəlmoderasiya prosesimizhaqqında daha çox öyrənin.
Bu mütəxəssisi tanıyırsınızsa və ya ziyarət etmisinizsə rəy və təklifinizi yaza bilərsiniz.
Görüş EkleBu mütəxəssisə aid hələ məqalə məzmunu yoxdur.
profil baxışı
Son 30 günlük baxış